"Real" yarımmüdafiəçisi Reynierin növbəti mövsümə harada başlaycağına aydınlıq gəlib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı klubun rəsmi saytı yayıb.
20 yaşlı braziliyalının 2022/2023 mövsümünün sonunadək icarə əsasında "Jirona"da çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, Reynier son iki mövsümü icarə əsasında "Borussiya"da (Dortmund) keçirib. O, geridə qalan mövsümdə Bundesliqada 12 oyuna çıxıb.
Nihat