"Real Madrid" Vinisiusa 1 milyard avro qiymət qoydu

"Real Madrid" Vinisiusa 1 milyard avro qiymət qoydu

"Real Madrid" yarımmüdafiəçisi Vinisius Juniorla müqaviləni yeniləyəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb. 

Xəbərə görə, braziliyalı futbolçu ilə bu həftə yeni sözləşmə imzalanacaq. Anlaşmanın müddəti 5 illiyə nəzərdə tutulub. 

Müqavilənin şərtlərinə görə, Junior "Qızıl top" alarsa, əlavə mükafat da qazanacaq. 22 yaşlı vingerin transfer qiyməti isə 1 milyard avro təşkil edir. 

Qeyd edək ki, Vinisius Junior "Real Madrid"ə 2018-ci ildə Braziliya "Flamenqo"sundan keçib. 147 oyunda meydana çıxan "sambaçı" 34 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər