"Real Madrid" və Hazar arasındə nə baş verir? - Təfərrüatlar

"Real Madrid" və Hazar arasındə nə baş verir? - Təfərrüatlar

Eden Hazar "Real Madrid"dən ayrılmaqda qərarlıdır. 

Fanat.Az xəbər verir ki, bu barədə dünyanın bir çox tanınmış nəşrləri məlumat yayıb. 

"RMC Sport"un Belçika futbolu üzrə yazarı Saşa Tavolyeri vəziyyəti belə dəyərləndirir: "Real Madrid" ilə kubokla başladı. İspaniya Superkubokunun qalibi oldu. Lakin klub tarixinin ən bahalı oyunçusu Eden Hazarın qələbədə payı olmadı. Baş məşqçi Karlo Ançelotti onu həm "Barselona" ilə yarımfinal matçında, həm də "Atletik Bilbao" ilə final oyununda ehtiyatda saxladı. "Real Madrid" bu il keçirdiyi beş oyunun cəmi birində Eden əsas heyətdə yer alıb. Son üç oyunda isə belçikalı futbolçu bir dəqiqə belə meydanda olmayıb.

Bu, Hazarın Madriddəki son nəaliyyəti ola bilər. O, klubdan ayrılmaqda qərarlıdır. Buna klub rəhbərliyinin son qərarı təsir edib. Həkimlər Hazara əməliyyat olunmasını tövsiyə etsələr də, “Real Madrid”in prezidenti Florentino Peres bunu üzərinə götürməyib. Çünki o, futbolçu üçün alıcı axtardığı vaxtda belçikalının sıradan çıxmasını istəmir".

“Marca” nəşri də gedişlə bağlı məlumatı təsdiqləyir. Tavolyeri qış transferindən əmin deyil, amma ispanlar “Real Madrid”ın 31 yaşlı yarımmüdafiəçisini yaxın vaxtlarda buraxmağa hazır olduğunu yazır. Çünki Hazar Ançelottinin planlarına uyğun gəlmir. 

"El Nacional"da isə "Hazara real müştəri var - "Nyukasl" başlıqlı xəbər yer alıb. "Real Madrid" "Nyukasl"ın 40 milyon avro üstəgəl 10 milyon avro bonus təklifini qəbul etməyə hazır idi. Ancaq futbolçunun bu təklifə cavabı "yox" olub. Eden özünü böyük klubda görür. “Çelsi”yə qayıtmaq kimi istəyi var. Ancaq Hazarın transferi top klubların onu hələ də dəyərli oyunçu kimi görüb-görməməsindən asılıdır.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər