"Real Madrid" və "Barselona" Holanddan vaz keçdi

"Real Madrid" və "Barselona" Holanddan vaz keçdi

"Borussiya Dortmund"un futbolçusu Erlinq Holandın İspaniya La Liqasına keçiri baş tutmaya bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb. 

Xəbərə görə, 21 yaşlı norveçli futbolçuya "elçi" düşən "Real Madrid" və "Barselona" onu transfer etməkdə tərəddüd edirlər. Buna səbəb isə forvardın tez-tez zədələnməsidir. 

Qeyd edək ki, Holand 2020-ci ildən alman klubunda çıxış edir. 57 oyuna çıxan futbolçu 56 qolla yadda qalıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər