"Real Madrid" ulduzunu ingilislərə satmadı

"Real Madrid" ulduzunu ingilislərə satmadı

Fransalı müdafiəçi Orelyen Tçuameni İngiltərə Premyer Liqasının nəhənglərindən birinin maraq dairəsinə düşüb. 

Fanat.Az "Defensa Central"a istinadən xəbər verir ki, "Liverpul" "Real Madrid"in 23 yaşlı oyunçusunu sıralarına qatmaq istəyib.

Mersisayd klubu futbolçunun transferi üçün "kral klubu"na 60 milyon avroluq təklif ünvanlasa da, madridlilər onların bu istəyini rədd edib. "Real" Orelyeni gələcəkdə də komandanın əsas oyunçusu kimi gördüyünü çatdırıb.

Tçuameni "kral" klubu"nun sıralarına 2022-ci ilin yayında qoşulub. Yarımmüdafiəçi İspaniya çempionatının son mövsümündə 33 oyun keçirib və 4 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər