"Real Madrid" Topuriyanı belə təbrik etdi

"Real Madrid" Topuriyanı belə təbrik etdi

"Real Madrid" dünən keçirilən UFC 298 turnirində avstraliyalı Aleksandr Volkanovskini məğlub edərək yarımyüngül çəkidə çempion olan İliya Topuriyanı təbrik edib.

Fanat.Az xəbər verir ki, "Kral klubu"nun mətbuat xidməti gürcü əsilli İspaniya idmançısının uğuru ilə qürur duyduqlarını açıqlayıb:

"İliya Topuriyanı tarixi qələbə münasibəti ilə təbrik edirik. "Real"ın sadiq azarkeşi UFC çempionu olduğu üçün qürurluyuq".

Xatırladaq ki, Topuriya Kaliforniyanın Anahaym şəhərində (ABŞ) baş tutan turnirin əsas döyüşünə çempion kəmərini qorumaq üçün çıxan Volkanovskini ikinci raundda nokauta salıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər