"Real Madrid"in müdafiəçisi Viktor Çustun taleyinə aydınlıq gəlib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, mərkəz müdafiəçisi "Kadis"də qalacaq .
Madridlilər futbolçunun transfer hüququnun 50 faizini və satınalma öhdəliyini özündə saxlayaraq Çustu 1 milyon avroya Əndəlus klubuna satıb.
22 yaşlı oyunçu ötən mövsüm icarə əsasında "Kadis"də çıxış edib və komandada 29 oyun keçirib.
Mirağa