"Real Madrid" müdafiəçisini hansı İtaliya nəhənginə satacaq?

"Real Madrid" müdafiəçisini hansı İtaliya nəhənginə satacaq?

"Real Madrid"in müdafiəçisi Alvaro Odriosola kareyrasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttomercatoweb" yayıb.

Xəbərə görə, daha öncə "Bayern Münhen" və "Fiorentina"da icarə əsasında çıxış edən 26 yaşlı futbolçu İspaniya nəhənginin baş məşqçisi Karlo Ançelottinin gələcək planlarına daxil deyil. Mənbə cari mövsüm meydana çıxmayan arxa xətt oyunçusunun bu qış "Milan" və ya "Yuventus"a satılacağını vurğulayıb. Sözügedən İtaliya təmsilçilərinin yaxın günlərdə "Real"a rəsmi təklif göndərəcəklərini, Odrisolanı mümkün qədər az məbləğ qarşılığında heyətə qatmağa çalışacaqlarını bildirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər