"Real Madrid" MS-nin iki ulduzuna təklif göndərəcək - Rekord məbləğ 

"Real Madrid" MS-nin iki ulduzuna təklif göndərəcək - Rekord məbləğ 

"Real Madrid"in transfer siyahısı bəlli olub.

Fanat.Az AS-a istinadən xəbər verir ki, "kral klubu" yaxın gələcəkdə "Mançester Siti"nin iki ulduz futbolçusuna təklif göndərəcək. 

Söhbət Joau Kanselu və Erlinq Halanddan gedir. İddiaya görə, portuqaliyalı bu mövsümün sonunda "Real"a keçmək variantını məmnuniyyətlə qəbul edib. Onun transfer qiyməti 40-50 milyon avro arasında dəyişir.

Holanda gəlincə, Madrid klubu ona 2024-cü ilin yayında təklif göndərəcək. Belə ki, həmin vaxt norveçli hücumçunun sərbəstqalma məbləği 180 milyon avro olacaq. 

Qeyd edək ki, Joau Kanselu 2019-cu ildən MS-də çıxış edir. Haland isə bu yaydan "şəhərlilər"in şərəfini qoruyur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər