"Real Madrid" Modriçlə bağlı qərar verdi

"Real Madrid" Modriçlə bağlı qərar verdi

"Real" yarımmüdafiəçisi Luka Modriçlə müqavilə yeniləyib. 

Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb. 

Tərəflər müddəti 2023-cü ilin iyun ayına qədər olan yeni müqavilə imzalayıblar.

Xorvatiyalı 2012-ci ildən Madrid klubunda çıxış edir. 36 yaşlı yarımmüdafiəçi bu günə kimi "kral klubu"nun heyətində 436 oyun keçirib, 31 qol vurub və 73 məhsuldar ötürmə verib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər