"Real Madrid" məşhur braziliyalını havayı istəyir

"Real Madrid" məşhur braziliyalını havayı istəyir

"Real Madrid" bu yay heyətini məşhur braziliyalı hücumçu ilə gücləndirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazetta dello Sport" yayıb.

Xəbərə görə, "Kral klubu" "Liverpul"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Firminonun xidmətində maraqlıdır. Mənbə "qırmızılar"ın baş məşqçisi Yürgen Kloppun 31 yaşlı "sambaçı"nı heyətdə saxlamaq istədiyini, lakin İngiltərə nəhənginin cənubi amerikalı ilə razılığa gələ bilmədiyini vurğulayıb. "Real"ın nümayəndələrinin artıq bu yöndə hərəkətə keçdiyi, madridlilərin sözügedən oyunçuya havayı sahiblənməyi prioritet saydığı bildirilib.  

Qeyd edək ki, Firmino 2015-ci ildən "Liverpul"un uğurları üçün çalışır. Cari mövsüm bütün turnirlərdə 21 matça çıxan təcrübəli forvard 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər