"Real Madrid" Mbappenin gəlişinə işarə etdi - FOTO

"Real Madrid" Mbappenin gəlişinə işarə etdi - FOTO

Fransa millisinin və PSJ-nin ulduz hücumçusu Kilian Mbappe yayda "Real Madrid"ə keçəcək. 

Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi artıq Mbappenin keçidini razılaşdırdığını gizlətmir.

Belə ki, məşhur "Arsen Venger" "Telegram" kanalı "Santiaqo Bernabeu" stadionunda fransalı forvardın şəkli olan şərflərin satışına başlanıldığını sübut edən foto yayımlayıb. 

"Real Madrid" Mbappenin gəlişinə işarə etdi - FOTO 25 yaşlı futbolçu cari mövsümün sonunda Paris klubunu tərk edəcək. PSJ ilə müqaviləsi iyunun sonunda başa çatacağı üçün o, "kral klubu"na azad agent kimi yollanacaq. Hücumçunun Madrid nəhəngi ilə 5 illik müddətə müqavilə imzalayacağı gözlənilir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər