"Real Madrid" Mbappe üçün daha bir cəhd edəcək - Bu tarixdə

"Real Madrid" Mbappe üçün daha bir cəhd edəcək - Bu tarixdə

"Real Madrid" PSJ-nin hücumçusu Kilian Mbappeni heyətinə qatmaq üçün daha bir cəhd edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

Konkret, "Footmercato"nun məlumatına görə, Madrid klubu yay transfer pəncərəsinin son günlərində növbəti dəfə PSJ-nin "qapısını döyəcək". Başqa sözlə, ispanlar parislilərin güzəştə gedəcəyinə ümid edirlər. PSJ futbolçusu üçün 150 milyon avro almaq istəyir.

Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləsi bir ildən sonra, 2024-cü ilin yayında başa çatır. Daha əvvəl tərəflərin 24 yaşlı futbolçunun Fransa çempionuna qayıtması üçün əsas şərt olan yeni razılaşmaya razılaşdıqları bildirilirdi .

Mİrağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər