"Real Madrid" Mbappe ilə bağlı qərar verdi - SON DURUM

"Real Madrid" Mbappe ilə bağlı qərar verdi - SON DURUM

"Real Madrid" rəhbərliyi PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin transferi ilə bağlı qərarını qətiləşdirib. 

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu" fransalının qeyri-müəyyən mövqeyindən yorulub. 

Mənbənin məlumatına görə, madridlilər 24 yaşlı forvardı bu mövsümün sonunda transfer etmək üçün mübarizə aparmayacaq. "Real"lıları təkcə ulduz futbolçunun qeyri-müəyyənliyi deyil, həm də yüksək qiyməti transferdən çəkindirib. 

Kilian Mbappe bu mövsüm Liqa 1-də 23 oyuna çıxıb, 19 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər