"Real Madrid" Mbappe ilə anlaşdı

"Real Madrid" Mbappe ilə anlaşdı

"Real Madrid" PSJ-nin hücumçusu Kilian Mbappe ilə anlaşıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb. 

Xəbərə görə, Mbappe 2024-cü ilin yayında Madrid təmsilçisinə qoşulacaq.

Kral klubu 24 yaşlı fransalı ulduz üçün 180-200 milyon avro pul ödəməyə hazırdır. Ancaq parislilərin daha çox tələb etdiyi bildirilir. 

Qeyd edək ki, 2018-ci ilin yayında "Monako"dan transfer edilən Mbappe PSJ-də 6 mövsüm keçirib.

Son mövsümdə Liqa 1-də 34 oyuna çıxan Fransa millisinin üzvü komandasının çempionluğuna 29 qol və 6 məhsuldar ötürmə ilə yardımçı olub. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər