"Real Madrid" ÇL-in ən yaxşısı deyildi" - Messi

"Real Madrid" ÇL-in ən yaxşısı deyildi" - Messi

PSJ-nin hücumçusu Lionel Messi Çempionlar Liqasının 1/8 final mərhələsində komandasının "Real"a uduzmasını şərh edib.

Fanat.Az xəbər verir ki, "TYC Sports" ulduz futbolçunun dediklərini belə çatdırıb:

“Çempionlar Liqasında ciddi ambisiyalarımız var idi və bu görüşün necə inkişaf etdiyini nəzərə alsaq, yekun nəticə bizim üçün güclü zərbə oldu. Həyatım boyu rəqibi olduğum "Real Madrid"i çox yaxşı tanıyıram. Həmin oyunda sözün əsl mənasında, yoxdan qol vurdular və oyunu dəyişdilər. Oxşar hadisə yalnız bizimlə deyil, digər komandalarla görüşlərdə də baş verib. 

"Real Madrid"in uğuru bizi şoka saldı. Bu komanda hamını məğlub etsə də, turnirin ən yaxşısı deyildi".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər