"Real Madrid" Kroosla bağlı rəsmi məlumat yaydı

"Real Madrid" Kroosla bağlı rəsmi məlumat yaydı

"Real Madrid" rəsmi saytı vasitəsi ilə yarımmüdafiəçi Toni Kroosla bağlı  məlumat yayıb.

Fanat.Az xəbər verir ki, "Kral klubu" alman futbolçu ilə müqavilə yenilədiyini açıqlayıb.

Onun daha 1 mövsüm - 2024-cü ilin iyununa qədər ağ futbolkanı geyinəcəyi bildirilib. 

Qeyd edək ki, Kroos 9 mövsümdür ki, "Real"da oynayır. O, 2014-cü ildə "Bayern Münhen"dən transfer olunub. Son mövsümdə 30 La Liqa matçına çıxan orta xətt oyunçusu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər