"Real Madrid" "Mançester Yunayted"ə transfer olunan braziliyalı yarımmüdafiəçisi Kazemiroya əvəzləyici tapıb.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Karlo Ançelotti "Tottenhem"in futbolçusu Pyer-Emil Heyberqi sərəncamında görmək istəyir.
Xəbərə görə, bu keçidin baş tutmaq ehtimalı o qədər də yüksək deyil. Belə ki, "Tottenhem"in çalışdırıcısı Antonio Konte danimarkalını əsas oyunçulardan biri sayır və ona cari mövsümlə bağlı qurduğu planların bir hissəsi kimi baxır.
Nihat