"Real Madrid" futbolçusu Eduardo Kavaminqa ilə müqaviləni yeniləməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.
Xəbərə görə, kral klubu Fransa millisinin yarımmüdafiəçisinin maaşını da artıracaq.
Kavaminqa ilə 2021-ci ildə 6 illik sözləşmə imzalansa da, o, komandada ən az qazanan futbolçulardan idi.
Qeyd edək ki, 20 yaşlı oyunçunu "Mançester Yunayted" transfer etmək arzusundadır.
Röya