"Real Madrid" Karvaxalla bağlı qərarını verdi

"Real Madrid" Karvaxalla bağlı qərarını verdi

"Real Madrid" rəhbərliyi komandanın sağ cinah müdafiəçisi Daniel Karvaxalla bağlı yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "Marca" yayıb.

Mənbə "Kral klubu"nun idarəçilərinin 32 yaşlı Karvaxalla əməkdaşlıqda maraqlı olduqlarını və onun daha bir neçə mövsüm komandada qalmasını istədiklərini vurğulayıb. Xəbərə görə, sözügedən oyunçuya yeni müqavilə təklif ediləcək.

2013-cü ildən "Real"ın uğurları üçün çalışan Daniel ümumilikdə 22 titula sahib çıxıb.  O, 5 dəfə Çempionlar Liqasının qalibi olub. Cari mövsüm İspaniya nəhənginin forması ilə bütün turnirlərdə 23 matça çıxan arxa xətt oyunçusu 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Karvaxalın paytxt təmsilçisi ilə indiki müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər