"Real Madrid" Karvahalın yerinə onu gətirir - Məbləğ bəllidir

"Real Madrid" Karvahalın yerinə onu gətirir - Məbləğ bəllidir

"Real Madrid" rəhbərliyi son vaxtlar arzulanan performansla diqqət çəkməyən Dani Karvahalın mövqeyində ciddi rəqabət yaratmaqda qərarlıdır.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı AS nəşri yayıb.

Xəbərə görə, İspaniya nəhəngi Portuqaliya "Sportinq"inin müdafiəçisi Pedro Porronun heyətə qatılmasında maraqlıdır. Mənbə İspaniya millisində 1 matç keçirən Porronun 45 milyon avroya transfer edilə biləcəyini vurğulayıb və bu məbləğin onun Lissabon klubu ilə müqaviləsində nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, sözügedən futbolçu "Rayo Valyekano"nun yetirməsidir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər