"Real Madrid" "Çelsi"nin müdafiəçisi Ris Ceymsi transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Ekrem Konur şəxsi "Twitter" hesabı üzərindən yayıb.
O, Madrid nəhənginin İngiltərə millisinin üzvü üçün "zadəganlar"a 70 milyon avro ödəməyə hazır olduğunu bildirib. Tərəflərin hazırda danışıqları davam etdirdiyi vurğulanıb.
22 yaşlı Ris "Çelsi"nin öz yetirməsidir. Sözügedən futbolçunun klubuyla olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı Ceymsin transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.
Nihat