"Real Madrid" Holanddan vaz keçdi - İDDİA

"Real Madrid" Holanddan vaz keçdi - İDDİA

"Real Madrid" "Borussiya Dortmund"a Erlinq Holandı bu yay ala bilməyəcəyini bildirib.

Fanat.Az xəbər verir ki, bu barədə "Ruhr Nachrichten" məlumat yayıb.

Xəbərə görə, Madrid klubunun prezidenti Florentino Peres futbolçudan 2023-cü ilə qədər Dortmundda qalmasını istəyib.

"Real Madrid"in bu yay prioriteti hücumçu Kilian Mbappeni PSJ-dən pulsuz transfer etməkdir. "Kral klubu" maaş məsələsinə görə hər iki futbolçunun transferini eyni dönəmdə reallaşdıra bilməyəcək.

Qeyd edək ki, Erlinq Holandın yay transfer pəncərəsində "Barselona"ya keçəcəyi gündəmdədir.

Xatırladaq ki, 21 yaşlı Holand "Borussiya"nın heyətində bütün yarışlarda 20 matçda meydana çıxıb və 23 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər