"Real Madrid" hələ düşünür

"Real Madrid" hələ düşünür

"Real Madrid" yarımmüdafiəçisi Dani Sebalyos ilə bağlı qərar verməkdə çətinlik çəkir. 

Fanat.Az-ın xəbərinə görə, kral klubu 26 yaşlı ispaniyalı futbolçuya hələ də yeni sözləşmə təklif etməyib. 

Məlumatı "Marca" yayıb. Onun "Real Madrid" ilə cari müqaviləsi mövsümün sonunda başa çatır. Dani ilə Madridin digər təmsilçisi "Atletiko" maraqlanır. 

Qeyd edək ki, İspaniya millisinin üzvü 2017-ci ildən "Real"ın üzvüdür. O, 2019-2021-ci illər mövsümünü icarə əsasında "Arsenal"da keçirib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər