"Real Madrid" "Valensiya"nın gürcü qapıçısı Giorgi Mamardaşvilini transfer etməyə cəhd etsə də, rədd cavabı alıb. Fanat.Az xəbər verir ki, informasiyanı "Deportes COPE Valencia" yayıb. Mənbənin məlumatına görə, "kral klubu" qapıçıya 25 milyona sərbəstqalma məbləği ilə icarəsi üçün 5 milyon avro təklif edib. Lakin bu variant “yarasalar”ı qane etməyib və onlar bundan imtina etdilər. Qeyd edək ki, "Real Madrid" Tibo Kurtuanın zədəsi səbəbindən özünə yeni qapıçı axtarır. Belçikalının dizinin çarpaz bağları zədələnib. Ötən mövsüm Giorgi Mamardaşvili La Liqada 38 oyun keçirib və 45 qol buraxıb. Mirağa
"Real Madrid" gürcü futbolçudan rədd cavabı aldı
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi