"Real Madrid" forvardı İtaliyada - Şərtlər də bəllidir

"Real Madrid" forvardı İtaliyada - Şərtlər də bəllidir

"Real Madrid"in hücumçusu Luka Yoviç karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, serb futbolçu "Fiorentina" ilə anlaşıb.

İnformasiyanı idman jurnalisti Canluka Di Martsio yayıb. Mənbənin məlumatına görə, tibbi müayinə bu gün baş tutmalıdır. 

24 yaşlı forvard 2+1 illik müqavilə bağlayacaq. Transferin məbləği açıqlanmayıb.

Yoviç 2019-cu ilin yayında "Ayntraxt"dan "Real"a 63 milyon avroya keçib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər