"Real Madrid" "El Klasiko"ya itki ilə çıxacaq

"Real Madrid" "El Klasiko"ya itki ilə çıxacaq

"Real Madrid" İspaniya Kubokunun yarımfinalında "Barselona"ya qarşı matça itki ilə çıxacaq.

Fanat.Az xəbər verir ki, kral klubu müdafiəçisi Antonio Rüdigerin xidmətindən faydalana bilməyəcək. 

Məlumatı jurnalist Mario Kortexana yayıb. Onun sözlərinə görə, almaniyalı futbolçunun dizində zədə var. 

La Liqanın son turundakı oyunu buraxan Rüdiger "El klasiko"nu da buraxmalı olacaq. 

Qeyd edək ki, "Barselona" - "Real Madrid" görüşü 5 aprel tarixində keçiriləcək. Bu komanladar arasında ilk qarşılaşma Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər