"Real Madrid" Benzema üçün yeni müqavilə hazırlayır

"Real Madrid" Benzema üçün yeni müqavilə hazırlayır

"Real Madrid" yaxın vaxtlarda hücumçusu Kərim Benzemaya yeni müqavilə təklif etməyi planlaşdırır. Komandanın fransalı liderinin klubla indiki müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, yeni anlaşmanın müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Madridlilər yalnız Benzemanı heyətdə saxlamağı hədəfləməyib. Paytaxt klubunun rəhbərliyi həm də Kilian Mbappeni "Real"a keçməyə razı salmaq üçün 34 yaşlı forvardı önəmli vasitə kimi görür.

Bu mövsüm Benzema bütün turnirlərdə 43 matçda 43 qol vurub və 14 məhsuldar ötürmə edib. Əlcəzair əsilli fransalı futbolçu 2009-cu ilin yayından Madrid klubunun formasını geyir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər