"Real Madrid" başqa transfer edəcəkmi? - Ançelotti açıqladı

"Real Madrid" başqa transfer edəcəkmi? - Ançelotti açıqladı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya nəhənginin yay transfer dönəmindəki fəaliyyətini başa çatdırdığını bildirib.

Fanat.Az xəbər verir ki, "Marca" onun söylədiklərini belə çatdırıb:

"Klub ətrafında dolaşan transfer şayiələrindən danışmaq istəmirəm. Amma əminliklə deyə bilərəm ki, bu yay başqa transfer etməyəcəyik. Komanda yetərincə komplektləşdirilib".

Qeyd edək ki, "Real" mövsüm başa çatandan sonra Orelyen Tçuameni və Antonio Rüdigeri heyətinə qatıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər