"Real Madrid" Asensioya yeni müqavilə təklif etdi

"Real Madrid" Asensioya yeni müqavilə təklif etdi

Marko Asensionun "Real Madrid"də gələcəyi sual altındadır. 

Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi yarımmüdaiəçisinə yeni sözləşmə təklif edib. 

Məlumatı "Marca" yayıb. 

Ancaq qeyd olunur ki, Asensionun Madriddə qalmaq niyyəti yoxdur. Belə ki, 27 yaşlı ispaniyalı futbolçu komandada ona verilən az oyun vaxtından narazıdır. Bu səbəbdən komandasını dəyişəcəyi ehtimal edilir.  Artıq futbolçu bir neçə klubdan təklif alıb. 

Qeyd edək ki, Asensionun "Real Madrid"lə cari sözləşməsi mövsümün sonuna başa çatacaq. Onun illik məvacibi 10 milyon avro təşkil edir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər