Dünyanın ən bahalı futbol brendlərinin reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Brand Finance" konsaltinq şirkətinin yeni sıralamasında ən dəyərli brend dəyişib. Belə ki, “Real Madrid” son 4 ildə ilk dəfə reytinqdə birinci yeri itirib – klubun brendinin dəyəri 1,46 milyard avroya düşüb.
Brend dəyəri 1,51 milyard avroya yüksələn "Mançester Siti" isə birinci olub.
Dünyanın ən bahalı 10 futbol markası:
1. "Mançester Siti" - 1,562 milyard avro; 2. "Real Madrid" - 1,513 milyard; 3. "Barselona" - 1,425 milyard; 4. "Mançester Yunayted" - 1,412 milyard; 5. "Liverpul" - 1,411 milyard; 6. PSJ - 1,174 milyard; 7. "Bayern Münhen" - 1,140 milyard; 8. "Arsenal" - 940 milyon avro; 9. "Tottenhem" - 931 milyon; 10. "Çelsi" - 893 milyon
Mirağa