"Real Madrid" Ançelotti ilə bağlı qərar verdi

"Real Madrid" Ançelotti ilə bağlı qərar verdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, italiya mütəxəssis gələn mövsümü də kral klubunda keçirəcəyini açıqlayıb. 

Ançelotti Braziliya millisindən aldığı təklifə də münasibət bildirib. O, "Real Madrid"lə 2024-cü ilin 30 iyun tarixinə qədər müqaviləsi olduğunu və gələn mövsüm də işinin başında olacağını deyib. 

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə uduzan "Real Madrid" (0:4) finala adlaya bilməyib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər