"Real Madrid" heyətinə bir sıra ulduz futbolçuları transfer etmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.
Dortmund "Borussiya"sından Cud Belinqem kral klubunun tək hədəfi deyil. Madridlilər "Çelsi"nin müdafiəçisi Ris Ceyms və "Tottenhem"in qol silahı Harri Keyni heyətinə cəlb etmək niyyətindədirlər.
İspaniya nəhənginin siyahısında daha 2 ad var. Bunlar "Selta"nın gənc futbolçusu Qabri Veyqa və "Yuventus"un hücumçusu Duşan Vlahoviçdir.
Qeyd edək ki, "Real Madrid" veteran futbolçuları Kərim Benzema və Dani Karvalyuya layiqli əvəzedici axtarır.
Röya