Dünən İspaniya Kubokunun yarımfinalının ilk oyununda "Barselona"ya 0:1 hesabı ilə uduzan "Real Madrid" antirekorda imza atıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, "Santyaqu Bernabeu"da əzəli rəqibinə yenilərək azarkeşlərini üzən "Kral klubu" 2013/2014 mövsümündən bəri ilk dəfə bir oyunda qapı çərçivəsinə zərbə endirə bilməyib.
Maraqlıdır ki, 9 il əvvələ təsadüf edən həmin qarşılaşma da "Barselona"ya qarşı keçirilib.
Bu məğlubiyyət sayəsində "Real"ın daha bir uğursuz seriyası uzanıb. Belə ki, "ağlar" 1970-ci ildən bəri "Barselona"nı İspaniya Kuboku çərçivəsində keçirilən ev oyunlarında yenə bilmir.
Qeyd edək ki, tərəflərin cavab dueli aprelin 5-də Barselonada reallaşacaq.
Nihat