17 yaşlı hücumçu İker Bravo "Bayer Leverkuzen"dən mövsümün sonuna qədər icarə əsasında "Real Madrid"ə keçib.
Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, sövdələşməyə satın alma seçimi daxildir.
İspaniyalı futbolçu ötən mövsüm "Bayer Leverkuzen"in 19 yaşadək futbolçulardan ibarət komandasında 14 oyunda 7 qol vurub. O, həmçinin Bundesliqa və Almaniya Kubokunda əsas komandada çıxış edib.
Emin