"Real Madrid" 16 yaşlı vunderkini rekord məbləğə transfer etdi - RƏSMİ

"Real Madrid" 16 yaşlı vunderkini rekord məbləğə transfer etdi - RƏSMİ

"Real Madrid" braziliyalı superistedad Endrikin transferini tamamlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Palmeyras" rəsmi saytı vasitəsilə məlumat yayıb. 

Tərəflər 16 yaşlı hücumçunun keçidini 72 milyon avroya razılaşdırıblarb. Lakin Endrik 2024-cü ilin yayında, 18 yaşı tamam olanda Avropanın ən titullu klubuna qoşulacaq.

O, "Real Madrid"lə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Anlaşma onun müqaviləsinin müddətini sonradan daha üç il müddətinə uzadılmasının mümkünlüyünü nəzərdə tutur.

Endrik Braziliya A Seriyasının son mövsümünün yeddi matçda üç qol vurub və bir məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər