"Real" "Jirona"nın liderindən vaz keçdi - SƏBƏB

"Real" "Jirona"nın liderindən vaz keçdi - SƏBƏB

Bir sıra məşhur Avropa klublarının diqqətini çəkən "Jirona"nın 21 yaşlı müdafiəçisi Yan Koutonun "Real Madrid"ə keçidi baş tutmayacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb. 

Mənbənin məlumatına görə, "Real" - "Jirona" matçından (4:0) sonra "Kral klubu"nun prezidenti Florentino Peres futbolçunu transfer etmək fikrindən daşınıb. Kouto oyunu uğursuz keçirib və onun cinahında at oynadaraq üç qol vuran Vinisiusun qarşısını kəsə bilməyib. Yanın zəif çıxışı Peresi məyus edib.

Xatırladaq ki, final fitindən sonra “Jirona”nın müdafiəçisi Yan Kouto “ Real Madrid”ə acı məğlubiyyətdən sonra duyğularını saxlaya bilməyib və meydanı göz yaşları içində tərk edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər