“Real” futbolçusunu icarəyə verdi

“Real” futbolçusunu icarəyə verdi

Madrid “Real”ı yarımmüdafiəçisi Antonio Blankonu yenidən icarəyə göndərib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı oyunçusunu “Alaves”ə icarəyə verib.

İspaniyadan olan oyunçunun bu mövsümün sonuna kimi icarədə oynayacağı diqqətə çatdırılıb.

Blanko “Real”ın öz yetirməsidir. O, əsas komandada cəmi 6 oyuna çıxıb. Yarımmüdafiəçi daha öncə “Kadis”də də icarədə oynayıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər