“Real” finalda “Barselona” ilə qarşılaşacaq

“Real” finalda “Barselona” ilə qarşılaşacaq

İspaniya Super Kuboku uğrunda sonuncu finalçı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu gün baş tutan sonuncu yarımfinal görüşündə “Barselona” və “Osasuna” komandaları üz-üzə gəliblər.

Kataloniya təmsilçisi inamlı qələbə sayəsində bir gün öncə finala çıxmış “Real”a rəqib olub.

Əzəli rəqiblər yanvarın 14-də həlledici oyunda üz-üzə gələcəklər.

İspaniya Super Kuboku Yarımfinal 10 yanvar

Real – Atletiko 5:3 Qollar: Rüdiger, 20. Mendi, 29. Karvaxal, 85. Saviç, 116-öz qapısına. B.Dias, 120+2 – M.Ermoso, 6. Qrizmann, 37. Rüdiger, 78-öz qapısına.

11 yanvar

Barselona – Osasuna 2:0 Qollar: Levandovski, 59. Yamal, 90+3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər