La Liqanın 37-ci turunda "Vilyarreal"ı məğlub edən (2:1) "Real" sona bir tur qalmış 34-cü İspaniya çempionluğunu rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, "Real" 92-ci trofeyini qazanaraq ümumi titullarının sayına görə "Barselona"nı (91) geridə qoyub.
"Real" 34 dəfə İspaniya çempionatı, 19 dəfə Kral Kuboku, 11 dəfə İspaniya Superkuboku, 1 dəfə Liqa Kuboku, 13 dəfə Çempionlar Liqası, 7 dəfə Klublararası dünya çempionatı, 4 dəfə UEFA Superkuboku, 2 dəfə UEFA Kuboku və 1 dəfə Eva Duarte Kubokunun qalibi olub.
"Barselona"nın titul kolleksiyası isə belədi: İspaniya çempionatı (26 dəfə), Kral Kuboku (30), İspaniya Superkuboku (13), Liqa Kuboku (2), Çempionlar Liqası (5), Klublararası dünya çempionatı (3), UEFA Superkuboku (5), Kuboklar Kuboku (4), Eva Duarte Kuboku (3).
Fanat.Az