“Real”, “Barselona”, “Milan”, “Çelsi” və “Mançester Siti”nin iştirak etdiyi Çempionlar Turniri ABŞ-da keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə “Real”ın rəsmi saytı məlumat yayıb.
Çempionlar Turu turnirində “el-klassiko” da baş tutacaq.
Turnir iyulun 27-dən avqustun 6-dək ABŞ-ın altı şəhərində keçiriləcək. Cədvəl aşağıdakı kimidir:
Mançester Siti – Milan (27 iyul) Barselona – Mançester Siti (30 iyul) Milan – Real (31 iyul) Real – Barselona (3 avqust) Barselona – Milan (6 avqust) Real – Çelsi (6 avqust)