"Real” Braziliyanın "Flamenqo” klubundan Vinisiusun keçidini rəsmiləşdirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 18 yaşlı braziliyalı hücumçu ilə uzunmüddətli müqavilə imzalayıb. O, bu gün ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, "Real” bu transfer üçün Braziliya klubuna 45 milyon avro ödəyib.
Fanat.Az