"Real Madrid" “River Pleyt”də çıxış edən 16 yaşlı yarımmüdafiəçi Franko Mastantuononu transfer etməyə əsas namizədidir.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Xose Feliks Diaz məlumat yayıb.
Xəbərə görə, gənc argentinalı bir çox Avropa nəhənglərinin maraq dairəsində olsa da, ulduz uğrunda mübarizədə məhz "Kral klubu" favoritdir. "Barselona"nın artıq yarışdan kənarda qaldığı bildirilir. Kataloniyalılar maliyyə çətinliyi səbəbindən transferi qarşılaya bilməyəcək.
Franko Mastantuono “River Pleyt”də 11 oyun keçirib, 2 qol vurub. Hücumameyilli yarımmüdafiəçinin müqaviləsində 45 milyon avroluq sərbəst qalma maddəsi var.
Mirağa