"Real" 103 milıyon avroluq transferini rəsmən açıqladı

"Real" 103 milıyon avroluq transferini rəsmən açıqladı

"Real Madrid" çoxdan gözlənilən səs-küylü transferi həyata keçirdiyini açıqlayıb.

Fanat.Az "Kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund "Borussiya"sının 19 yaşlı yarımmüdafiəçisi Cud Bellingem heyətə qatılıb.

Gənc istedadın 6 illik müqaviləyə imza atdığı bildirilib.

Almaniya klubuna bu keçid üçün 103 milyon avro ödəniləcəksə, transfer məbləğinin 30 faizi, dəqiqləşdirsək, 30,9 milyon avro məbləğində bonuslar da nəzərdə tutulub.

"Real" 103 milıyon avroluq transferini rəsmən açıqladı

Bellingem "Borussiya"ya 2020-ci ildə, 25 milyon avro qarşılığında "Birmingem"dən transfer olunmuşdu. Almaniyada keçirdiyi 3 mövsüm ərzində 132 matça çıxan Cud 24 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər