Rauf Cabbarovu təhqir edən futbolçu cəzalandı

Rauf Cabbarovu təhqir edən futbolçu cəzalandı

AFFA-nın Nizam İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, İK Topaz Premyer Liqasının VII turunda baş verənlərə qiymət verib.

Belə ki, “Qəbələ” – “Rəvan” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Bundan başqa "Qarabağ" - "Simurq" oyununda baş verənlərə də cərimə təyin edilib. Matç zamanı Zaqatala təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Simurq”un 11 №-li futbolçusu  Draqan Çeran Rauf Cabbarovu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu isə 4000 manat cərimə olunub.

Ağdam təmsilçisini isə azarkeşləri ziyana salıb. Oyunun 83-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat ödəməli olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər