Ramin Musayev: "Futbolçuların maaşlarını yığıb obyekt almışam"

Ramin Musayev: "Futbolçuların maaşlarını yığıb obyekt almışam"
"Neftçi"də vitse-prezident kimi işlədiyim vaxt oyunçulara deyirdim ki, futbolçu ömrünün qısalığından istifadə edin. Futbolçuların maaşlarını yığıb ya özlərinə ev, ya da bir obyekt almışam, açarlarını da onlara vermişəm. Onlar da bunu razılıqla qarşılayıblar". Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Museyev deyib.
Bu gün sentyabr və oktyabr ayının ən yaxşı futbolçularının, həmçinin ən yaxşı qollarının müəlliflərinin mükafatlandırma mərasimi keçirilib. Musayev Əfran İsmayılovla Rauf Əliyevin mükafat almasına sevindiyini deyib: "Mənim üçün sevindirici haldı ki, millimizin 2 oyunçusu mükafata layiq görülüblər. Sözsüz ki, “Qarabağ”ın oyunçusu Reynaldo Silva da layiqlidi. Onun sərgilədiyi və vurduğu qollar bizim çempionat üçündü. Azərbaycanlı futbolçuların millinin də oyunçuları olmaları mənim üçün ikiqat sevindiricidi. Hamımız xahiş edək ki, bu uğurlarınızı mövsümün sonunadək davam etdirəsiniz".
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər