Ramil Şeydayevin transfer olunduğu "Trabzonspor" daha bir ulduz futbolçu transfer edir. Fanat.az xəbər verir ki, Qara dəniz klubu Oqenyi Onazinin transferini yekunlaşdırmaq üzrədi.
Məlumata görə, artıq tərəflər böyük ölçüdə razılıq əldə edib. "Trabzonspor" transferi yaxın 2-3 gündə açıqlamaq istəyir.
Qeyd edək ki, Oqenyi Onazi 2011-ci ildən "Latsio"da çıxış edir. "Transfermarkt"ın 5 milyon avro qiymət qoyduğu 23 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində keçirdiyi 110 rəsmi matçda 7 qol vurub. 2012-ci ildən Nigeriyanın A millisinə çağırılan futbolçu 38 dəfə forma geyindiyi komandanın heyətində 1 qola imza atıb.
Fanat.az