Ramil Şeydayevin klubundan daha 3 transfer

Ramil Şeydayevin klubundan daha 3 transfer
Ramil Şeydayevi heyətinə qatan "Trabzonspor" daha 3 transferi rəsmiləşdirməyə hazırlaşır. Fanat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qara dəniz klubunun yeni transferlərindən biri Jean-Daniel Akpa Akpro ola bilər.
"Trabzonspor" Kot-D`İvuar millisinin üzvü ilə bağlı "Tuluza"ya göndərdiyi təklifi yeniləyib. Belə ki, türklər ilkin olaraq 23 yaşlı futbolçu üçün 1,5 milyon avro təklif edib, amma Fransa klubu razılaşmayıb. Bu səbəbdən "Trabzonspor" yeni təklif irəli sürüb.
Ramil Şeydayevin klubu həmçinin "Heerenveen"dən Kenni Otiqbanı istəyir. Hollandiya klubunun yetirməsi olan 23 yaşlı mərkəz müdafiəçisinin transfer qiyməti 1 milyon avrodu. Bu futbolçu Nigeriya əsilli olsa da, Macarıstanın U-21 yığmasında çıxış edib.
"Trabzonspor"un hədəfindəki üçüncü futbolçu isə Jan Durisadı. Moskva "Lokomotiv"i ilə müqaviləsi başa çatan 34 yaşlı slovak futbolçunun keçidi üçün transfer haqqı ödənməyəcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər