"Barselona”nın xorvat yarımmüdafiəçisi İvan Rakitiçin daha bir real müştərisi var.
Fanat.Az "Diario Sport”a istinadən xəbər verir ki, "Latsio” rəsmiləri oyunçunun meneceri ilə danışıb. Paytaxt təmsilçisi İvana 3 illik müqavilə təklif edib.
Mənbə "Barselona”nın Rakitiç üçün "Latsio”dan 20 milyon avro istədiyini vurğulayıb.
"Atletiko" və "Sevilya"nın da diqqət mərkəzində saxladığı Rakitiçin "Barsa” ilə olan müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdi.
Fanat.Az