"Qvardiolanın özü ilə danışdım" - "Barselona"nın prezidenti

"Qvardiolanın özü ilə danışdım" - "Barselona"nın prezidenti

"Barselona"nın prezidenti Joan Laporta Xosep Qvardiola ilə danışıqlar aparması ilə bağlı maraqlı açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, klub funksioneri bu barədə RAC1-ə danışıb:

"Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi var. Pep ona hörmət edilməsini istəyir. Özü ilə danışdım və planlarını yaxşı bilirəm".

Qeyd edək ki, Qvardiola "Barselona"nın yetirməsidir. O, 1990-2001-ci illərdə futbolçu kimi əsas komandada çıxış edib. Sözügedən mütəxəssis 2008-2012-ci illər aralığında Kataloniya təmsilçisini çalışdırıb və "Barselona"nın baş məşqçisi qismində iki dəfə Çempionlar Liqasının qalibi olub.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər